Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

Misirdə toqquşmalar davam edir


Misirdə toqquşmalar davam edir. Ən son xəbərlərə görə, prezidentin istefasını tələb edən Mübarəkin tərəfdalarını Qahirədəki Təhrir meydanından çıxarıb. Misirin digər şəhərlərində də etirazlar davam edir. Dünən gecə və bu gün boyu şəhərdən atəş səsləri eşidilib.

Gün boyu ordu etirazçılar və prezidentin tərəfdarlarını ayırmaq üçün araya girib, təhlükəsizlik zonaları yaradıb.

Mübarək tərəfdarları Qahirə, Aleksandriya, və başqa şəhərlərdə hadilsələri işıqlandıran xarici jurnalistlərə də hücum edir, onları döyür və qarət edirlər. Abş Dövlət Departamenti bəyanat verib və təşkil olunmuş bu hücumları dərhal dayandırmağa çağırıb.

Misir rəsmiləri gecə baş verən toqquşmalarda 5 nəfərin həlak olduğunu, 800 nəfərin yaralandığını bildirib. BMT-nin təxminlərinə görə isə etirazlar başlayandan Misirdə 300 nəfər həlak olub.

Mübarəkin yeni təyin etdiyi Baş nazir Ahmed Shafig zorakılığa görə üzr istəyib və baş verənlərin araşdırlacağı və cəzalandırılacağına söz verib.

Baş Prokurorluq isə bildirib ki, keçmiş Daxili İşlər, Turizm və Evlər nazirləri, hakim partiyanın bir neçə yüksək vəzifəli rəsmisinin hesabları dondurulub.

Shafiq müxalifəti danışıqlara da cağırıb. Ancaq müxaliftə liderlərindən Məhəmməd ElBaradei və “Müsəlman qardaşlığı” təşkilatından deyiblər ki, prezidetn Mübarək istefa verməyənə qədər danışığa getməyəcəklər.

Bu arada Avropa Birliyi adından birgə bəyanat verərək ABŞ-ın çağırışına qoşulublar və “Misirdə təcili və dinc hakimiyyət dəyişikliyi”nə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG