Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Gömrük Komitəsinin 4 əməkdaşı həbs olunub


«Barəsində bir ildən artıq araşdırma aparılan böyük cinayətkar qrup ifşa olunub. Araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib».

Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 3-də jurnalistlərə deyib. O bildirib ki, həmin qrupun 11 üzvündən 4-ü gömrük əməkdaşıdır.

Komitə sədrinin sözlərinə görə, həmin dəstə müxtəlif cinayət əməlləri – sənədlərin saxtalaşdırılması, korrupsiya və sairədə təqsirli bilinirlər.

Aydın Əliyev deyib ki, artır zərərsizləşdirilmiş bu dəstə rüşvətxorluqda, saxta sənədlərin hazırlanmasında, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur:

«Hazırda bu istiqamətdə araşdırma davam etdirilir. Dövlət Gömrük Komitəsində daxili təhlükəsizlik idarəsi var. Hər bir gömrük işçisinin davranışı ilə bağlı araşdırmanı bu idarə aparır».

DGK sədri əlavə edib ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında «Gömrük əməkdaşları sizinlə necə rəftar edir» başlığı altında link yerləşdirilib və bu link vasitəsilə komitəyə daxil olan məlumatlar dərhal araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG