Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:16

Lalə Şövkət «Ölkə» qəzetini bağışladı


«Ölkə» qəzetinin 11 fevral 2010-cu il tarixli buraxılışında ALP lideri Lalə Şövkətə qarşı «Madam ləqəbli «KQB» agenti» adlı böhtan xarakterli məqalə dərc edilib. Bu yazıya görə, Lalə Şövkət «Ölkə» qəzetini məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli qətnaməsində «Ölkə» qəzetində təkzib verilməsi və Lalə Şövkətə dəymiş mənəvi zərərin əvəzi olaraq 4 min manat məbləğində pul tutulması haqqında qərar çıxardılıb. Həmin məbləğ Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək əlilləri üçün Pansionatın hesabına köçürülməli idi. Lakin, «Ölkə» qəzetinin 3 fevral 2011-ci il tarixində «LALƏ ŞÖVKƏTDƏN ÜZR İSTƏYİRİK» başlıqlı yazıda yuxarıda sadalanan məqalənin böhtan olduğunu və orada göstərilən informasiyanın həqiqətə uyğun olmadığını etiraf etdiklərinə görə, Lalə Şövkət məhkəmənin pul tutulması ilə bağlı qərarından imtina edərək, qəzeti bağışlayıb.

Xəbəri ALP Mətbuat Xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG