Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07
«Biz 2 fevral--Gənclər gününün qeyd olunmasının əleyhinəyik»

Bu fikri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan «Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli səsləndirdi.

GƏNCLƏRİN HƏYATINDA HEÇ NƏ DƏYİŞMƏYİB

Onun fikrincə, bu, qondarma gündür:

«Ölkədə bu qədər problemlər olduğu bir vaxtda belə bir günün qeyd olunması əhəmiyyətsizdir. Bu gün haradan çıxıb? Hər hansı bir gün təsis olunanda, o günün kökündə əlamətdar hadisə dayanır. 1997-ci ilin fevralın 2-də isə heç bir şey olmayıb. Üstəlik, nəinki həmin gün, hətta sonralar da tələbə və gənclərin həyatında heç nə dəyişməyib».

GƏNCLƏR GÜNÜ HANSI GÜN OLSUN?


Aparıcının «Bəs Gənclər günü nə vaxt olsun»--sualını Ülvi Həsənli belə cavabladı: «Dünyada Beynəlxalq Gənclər Günü 12 avqustda qeyd olunur. Biz həmin günün tərəfdarıyıq».

SORĞU APARDIM

«Azad Gənclik» təşkilatının üzvü Nərmin Həsənli də Ülvinin dediklərini dəstəklədi və gənclər arasında kiçik bir sorğu apardığını söylədi:

«Sorğu nəticəsində aydın oldu ki, həmin gün gənclər bir-birini təbrik edirlər, amma bu günün haradan qaynaqlandığını bilmirlər. Özüm də xəbərsizdim. Təxminən bir həftə əvvəl öyrəndim».

ORTADA REAL FƏALİYYƏT YOXDUR

Dövlətin gənclərlə iş siyasətinin hesabat xarakterli tədbirlər keçirməkdən ibarət olduğunu deyən Ülvi Həsənli ortada real bir fəaliyyət olmadığını iddia etdi:

«Azərbaycanda müstəqil və hakimiyyətin nəzarətində olmayan gənclərə qayğı yoxdur. Xaricə tələbə göndərəndə də müstəqil gənclər yada düşmür. «Başağrısı olmayanlara» üstünlük verirlər».

GƏNCLƏR SİYASƏTLƏ MARAQLANMIRLAR?

Nərmin Həsənlinin səsləndirdiyi bu fikri Ülvi Həsənli də dəstəklədi:

«Nəinki siyasi, ictimai fəaliyyətdən də çəkinənlər var. Eminlə Adnan həbs ediləndən sonra çoxları qorxdu. Dövlət bu sahəni stimullaşdırmaqdansa, qorxu və təzyiqlə qarşısını alır».

UNİVERSİTETLƏRDƏ HEÇ BİR FƏALİYYƏT YOXDUR

Ülvi Həsənli universitet tələbələri arasında kiçik bir sorğu apardıqlarını dedi:

«Təşkilatların heç biri funksional deyil. Tələbənin hüquqları pozulur, təşkilata müraciət edir, ona təzyiq edirlər, dəstək vermirlər».

İCTİMAİ FƏALLIQ ZƏİFDİR

2005-ci ildə fəallığın daha güclü olduğunu deyən təşkilat rəhbəri bu geriliyin səbəbini dövlətin gənclər siyasətinin olmamasında gördüyünü söylədi:

«Bu illərdə hər zaman gənclər siyasəti ilə məşğul olan qurumlardan ayrı-seçkilik gördüm».

TƏŞKİLATLANMA GÜCLƏNMƏLİDİR

Təzəcə yaratdıqları təşkilatın ən vacib mərhələsinin təşkilatlanma olduğunu düşünən Ülvi Həsənli «ölkədə nə qədər təşkilatlanma güclü olacaq, problemlər də o qədər tez çözüləcək»- dedi.

ÖLKƏ GƏNCLƏRİNİN CİDDİ PROBLEMLƏRİ VAR


Ü. Həsənli ölkə gənclərinin ciddi problemləri olduğunu və bu problemlərin təşkilatlanma ilə çözüləcəyinə inanır:

«Təşkilatı yaratmaqda birinci məqsədimiz də buna nail olmaqdır. Ətrafımızda kifayət qədər ictimai fəaliyyətə meylli gənclər var. İkincisi də, hamımız tələbə olduğumuzdan tələbələrin hüquqlarını qorumaqdan başlamağı qərara aldıq».

--Yenicə yaranmış «Azad gənclik» təşkilatı hansı tədbirləri keçirib?

--Təşkilatın kitab oxuma aksiyası necə qarşılandı?

----Bəs 31 Yanvarda--M.Ə. Rəsulzadənin doğum günündə keçirdikləri «Rəsulzadəni unutmayaq!» aksiyasında nələr yaşandı? Polis gənclərə nə dedi?

--Təşkilat daha nələr planlaşdırır?

«Can Bakı»nı bu səhifədən dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG