Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

Misirdən evakuasiya olunan azərbaycanlıların sayı 153-ə çatıb


Misirdə kütləvi iğtişaşlar başladıqdan sonra bu ölkədən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 153 nəfərə çatıb.

Bu barədə «APA»ya Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları səfirliyin «qaynar xəttinə» müraciət etməkdə davam edirlər, amma müraciətlərin sayı ilk günlərə nisbətən azalmaqdadır.

Səfirliyin işçisi Nicat Qocayevin qətl ilə bağlı Misir hüquq-mühafizə orqanlarının araşdırma aparıb-aparmaması barədə sualı cavablandıran E. İsmayılov deyib ki, səfirliyimizə Misir hüquq-mühafizə orqanlardan hələ heç bir müraciət daxil olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG