Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

Opera və Balet Teatrı təmirə dayanır


Opera və Balet Teatrı bu ilin yayında uzun müddətli təmirə dayanacaq.

Bu barədə AzadlıqRadiosuna teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Onun sözlərinə görə, teatrın təmiri çoxdan gündəlikdə olsa da eyni vaxtda əksər teatrlar təmirdə olduğu üçün bu iş dayanıb. Şükufə Ağamirzəyevanın sözlərinə görə, təmir işlərinin italiyalı mütəxəssislərin hazırladığı layihəyə əsasən aparılacağı gözlənilir.

Şükufə Ağamirzəyev deyir ki, 2009-cu ildə prezident İlham Əliyev həmin layihə ilə tanış olub və bəzi əlavə təkliflər də irəli sürüb.

Təmir müddətində teatr kollektivi fəaliyyətini başqa teatrlardan birində davam etdirəcək.

Bu teatr 1911-ci ildə italiyalı memarın layihəsi əsasında tikilib.
XS
SM
MD
LG