Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:16

Misirdə mülki geyimlilər həbs olunur


Fevralın 3-də səhər saatlarında Qahirənin Təhrir meydanında yenidən przident Hüsnü Müabrəkin tərəfdarları ilə əleyhidarları arasında toqquşma olub, atışma səsləri eşdilib. Bir neçə nəfərin öldüyü bildirilsə də, dəqiq say açıqlanmayıb.

Səhiyyə nazirliyi dünəndən bəri toqquşmalarda 5 nəfərin, Al-Arabiya televiyası isə azı 10 nəfərin öldüyünü bildirib.

Bu gün televiziya Qahirənin mərkəzində mülki geyimli şəxslərin qoşun birləşmələri tərəfindən həbs edildiyini göstərib.

Toqquşmalardan əvvəl president Hüsnü Mübarək bildirib ki, sentyabr ayında keçiriləcək seçkilərə qatılmayacaq.

Bu arada Misirin vitse-prezidenti Ömər Seleymanla ABŞ Dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Klinton zorakılığı pisləyib və Misiri zorakılıq törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG