Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:05

Dövlət Bayrağı Meydanı yaxınlığında yaşayanlar evlərinə dönməyə başlayıblar


Dövlət Bayrağı Meydanı yaxınlığındakı 9 mərtəbəli binadan köçürülənlər fevralın 3-ü səhər saatlarından evlərinə dönməyə başlayıblar.

Bu barədə AzadlıqRadiosuna həmin binada yaşayan sakinlər məlumat veriblər.

Hazırda ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sakinlərin evlərinə köçürülməsi ilə məşğuldur.

Fevralın 2-də Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin titrəməsi səbəbindən 9 mərtəbəli ikibloklu binanın sakinləri səhər saat 5 radələrindən ərazidən evakuasiya olunmuşdular.

FHN əsgərləri əraziyə gedən bütün yolları bağlamışdılar.
XS
SM
MD
LG