Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:14

Tunis, Misirdən sonra Belarusda qiyam ola bilər


Ərəb dünyasında baş verən qiyamı Belarus prezidenti Aleksandr Lukaşenko da gözləyə bilər. Polşanın Xarici İşlər naziri Radoslav Sikorski belə güman edir:

«Ola bilsin, vəziyyəti hələ də dəyişmək mümkündür. Hadisələr dekabrdan bəri dəyişir. Güman ki, cənab Ben Ali, cənab Mübarək və digərlərinin nümunəsi prezident Lukaşenkonu götür-qoy etməsinə səbəb olacaq ki, seçdiyi cığır ən yaxşısı deyil».

Radoslav Sikorski fevralın 2-də Varşavada keçirilən «Belarusa həmrəylik» konfransında danışıb. Konfransda donor ölkələri Belarus müxalifətinə 120 milyon dollar verəcəklərinə vəd verib.

Bir neçə gün əvvəl Avropa Birliyi və ABŞ mübahisəli dekabr seçkilərindən sonra nümayişçilərə qarşı zorakı münasibətə cavab olaraq Belarusa qarşı yeni sanksiyalar qoyub.
XS
SM
MD
LG