Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:24

Klinton Misiri zorakılıq edənləri məsuliyyətə cəlb etməyə çağırıb


Fevralın 3-də səhər saatlarında Misir paytaxtında yenidən atışma səsləri eşidilib. Hüsnü Mübarəkin tərəfdarları ilə əleyhidarları arasında toqquşmalar davam edir. Bu səhər Təhrir meydanında 3 nümayişçinin öldürüldüyü bildirilir.

ABŞ Dövlət katibi Hillari Klinton Misirin vitse-prezidenti Ömər Seleymanla telefonla danışaraq, zorakılığı pisləyib və Misiri zorakılıq törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Fevralın 2-də etirazların 9-cu günü prezident tərəfdarları əllərində qamçı at və dəvələrdə nümayişçilərə hücum edərək 3 nəfəri öldürüb, azı 600 adam xəsarət alıb.

Müxalifət ölkəyə 30 ildir rəhbərlik edən prezident Hosni Mubarak istefaya gedənə qədər aksiyaları davam edəcəyini bildirir. 82 yaşlı Hosni Mubarak bildirib ki, sentyabrda keçiriləcək növbəti prezident seçkisində namizədliyini verməyəcək.
XS
SM
MD
LG