Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:27















"INSAN" INSAN OLACAQ YA....

Məni şeytanla üz-üzə buraxın.
Bir kəskin bıçaq verin ,
Bir yarımsaat,
Bir mən,
Bir şeytan.
Qusum içimdəki bütün nifrəti, qəzəbi.
Bir bıçağım qan olsun ,
Bir gözlərim.
“Çox ah aldın”, - deyim,
ӂox can,
Neçə zülmət,
Neçə son “
Gözlərim zülmət görür artıq,kor olub .
Yetmir dadıma
Möhtəşəm ,gur işıqlar da!
Şəhər qana bulaşıb,artıq.
Şəhər ölüb .
İnsan axtarıram
Yanında
Hönkür-hönkür ağlayım deye.
Amma bu son !
Bu bir oyun ,
Bir aldanış ,bəlkə,
bir intiqam .
“İnsan” insan olacaq ya….
Ya da…
Ya da
Şeytan hər zaman qalib!


SƏNSİZ


Sənsiz
Rəngsiz

Kimsəsiz xatirələrə
möhtac olmuşam
sən gedən gündən .
yazığın gəlsin
qayıt gəl
heç deyilsə
ürəyimdə qurduğun
o bütə heyfin gəlsin.

Gözlərim
Uzaqlara dikilir
Getdiyim hər yerdə.
Elə bil
çıxıb gələssən
Itdiyin o uzaq nöqtədən

Saatım
düşmənim olub .
keçən hər dəqiqə qəsdimə durub
sənsizliyi əbədiləşdirdikcə
sənsizlik
gözümə biz kimi batır.

Dəli kimi
Küçələri qaçıram .
Dərdim özümdən dəli.
Qışqırıram:
“hardasan?”
Səsim özümə qayıdır.


NAĞIL

Bir uşaq düşün
Anasız
Daha ana laylası eşitməmiş
Anasını laylalara gömmüş
Yetim bir uşaq düşün.
Bəlkə neçə dəfə
əlindən tutub
qaçmısan da onunla
xəyalında
dünyanın
bilmirəm, hardasa var olduğu söylənilən
olmazların olduğu
limansız,
sahilsiz
o itmiş şəhərinə.
Röyalar sehriylə
Bir nağıl yaşamısan
Bəlkə də uydurmusan
Hə, uydurmusan
Uşaq vaxtı
Nənənin sənə
Uydurub söylədiyi
O gülməli nağıllar kimi.
“Sonda padşah
Gözəl kəndli qızını alır.
Kasıb
Amma ağıllı kəndli
Padşah olur.”
Nə yaxşıydı uşaq olmaq
Uşaq olub özünü
Nağıl qəhrəmanı bilmək.
Qırx otaqlı saray və sən.
Və oyanmaq
Və son
Nağılsız
Üç almasız
Sehrsiz bir
Son.
Sənin sonun !


QARA KVADRAT

Bu gün
Mən də bir qara kvadrat çəkib
Içindəki mənəm desəm,
Qorxuram,
Bağışlamaz içimdəki həsrət bunu.
“eh, məni bu dörd cızığın yaratdığı
Axmaq dar qəfəsə bənzətdin sən deyər.
Sən ki bilirsən
Içimdə böyütdüyün bu həsrət
Bu rəngsiz ölü yalnızlıq
Nə bir rəssamın təxəyyülündən doğan qara kvadrata
Nə də sənin kimi minlərlə şairin
Qaralanmış kağızından gələn
Şeir adlandırdığı
cızma-qaraya sığışmaz
Gəl,
Anlatma məni, incitmə
Hər dəqiqəbaşı
Könlünə əylənmək düşən
Uşaq təxəyyülünlə.
Adi,
Qaranlıq ulduzsuz gecədə
qoy sakitcə yatırdım mən də
Gözünə yuxu getməyən uşaq yalnızlığımı .
Bəlkə mən də bir şair kimi
Demirəm sənin kimi
Bəlkə səninkilərdən də sönük adi şeirlərimi
Ana laylasıtək ,
Ana doğmalığı ilə
Pıçıldayım qulağına yalnızlığımın
Qoy, yatsın sakit olsun.
Bir az yuxu gedər gözlərimə
bəlkə mənim də.
Bəlkə bir az uşaqlığıma qayıdaram
O arıq, çəlimsiz qızı görərəm yuxumda.
Qırmızı donu olan,
Sarısaçlı gəlinciyi
çimizdirərik birgə.
Həyətdə gizlənqaç oynayanda
Böyük uşaqlar bzi oyuna yenə almasa
Qaşımızı çatıb bir dayanarıq küncdə.
Xəyalından,
Elə o andaca qəfildən
Böyümək keçən balaca dostuma
Başa salaram.
Başa salaram ki,
Böyümə.
Böyümə ,böyüdükcə
Böyüyür sənin kimi .
Bəlkə səndən də tez
Indi nə olduğunu bilmədiyin
Qara kvadrat.
Və bir gün sığmırsan o kvadrata.
Və onda bilmirsən
Axmaq kimdi
Sən
yoxsa
Kvadrat?
Beləcə yaşayırsan
adını yaşamaq qoyduğun
özündən başqa heç kimin dözmədiyi
məqsədsiz sabahsız böyüklüyünü
bir gün uşaq olmaq ümidiylə.
Onda asan olur
küsüb küncdə dayanmaq
Həyatın
Bütün qaranlıq künclərini görmüş
“bəxtəvər” böyük
Uşaq olmaq istəyir sənin kimi,
Balaca qız,uşaq.
Və bir gün nifrət etdiyi,
Bəyənmədiyi
O qara kvadrata sığmaq istəyir .
Sığa bilsə.....

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG