Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

Medvedev mütəxəssislərə Xodorkovskinin işini araşdırmağa icazə verib


Rusiya prezidenti Dmitri Medvedev hüquq sahəsi üzrə mütəxəssislərin Mixail Xodorkovskinin işini araşdırmalarına razılaşıb.

Kremlin insan haqları üzrə baş məsləhətçisi Mixail Fedotov fevralın 2-də bildirib ki, bu ideya dünən prezidentin yanında müzakirə edilib.

Fedotov deyir ki, xüsusi ekspert qrupu Xodorkovski haqqında məhkəmə hökmlərini mübahisələndirməyəcək, onlar sadəcə olaraq bu tipli hallarda hüquqi problemləri ortaya çıxarmağa çalışacaqlar.

Xodorkovskinin vəkili prezidentin bu qərarını alqışladığını deyib. Amma vəkil qərarın icra ediləcəyinə şübhə ilə yanaşır.

Keçmiş “Yukos” neft şirkətinin rəhbəri Mixail Xodorkovski və onun ortağı Platon Lebedev 2003-cü ildə mənimsəmə və vergi cinayətlərində ittiham edilərək 8 il azadlıqdan məhrum ediliblər. ötən ilin son günlərində onların cəza müddətləri 2017-ci ilə qədər artırılıb.

Amma Xodorkovski ittihamları rədd edir. Insan haqları fəalları əslində Xodorkovskinin əslində o zaman prezident olan Vladimir Putinlə yola getmədiyi üçün bu ittihamlarla üzləşdiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG