Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

RATİ sədrinin əşyaları gömrükdə müsadirə olunub


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun əşyaları müsadirə olunub. Fevralın 1-də Dubaydan qayıdan RATİ sədri Heydər Əliyev adına Bakı Hava Limanının gömrüyündə 3 saat qanunsuz olaraq Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən saxlandığını, onunla kobud davranıldığını bildirib.

E. Hüseynli iddia edir ki, Dubay-Bakı reysi ilə uçan sərnişinlər daim incidilir, sərnişinlərdən böyük məbləğdə rüsum istəyirlər:

«Növbə mənə çatanda soruşdular ki, deklarasiyalıq nəyin var. Dedim ki, 2 telefon almışam – birini özümə, digərini yoldaşıma, 2 televizor var – anamgilə və özümə, 4 maşın lampası və maşın maqnitofonu. Dedim ki, arasında nisbətən bahalı telefon və televizordur. İki işlənmiş Sony kamerasını da Dubaya aparmışdım ki, proqram təminatını artırım. Harasa zəng etdilər və dedilər ki, sənin malların düşür müsadirəyə. Bunları narahat edən Blackberry telefonları idi. Bu telefonları Azərbaycana hansısa inhisarçı firma var, onlar gətirir. İzah etdim ki, burda cəmi 1310 dollarlıq yeni əşya var. Onlarsa dedi ki, 1200 manat rüsumun var, gör nə edirsən».

E. Hüseynli deyir ki, o, heç bir sənəd təqdim edilmədiyinə görə, rüsumu ödəməkdən imtina edib və əşyalarını gömrükdə qoyub: «Bütün hamının başına bu oyunu gətirirlər, velosipedə qədər rüşvət alırlar».

RATİ sədri hava limanında yaşanan insidentlə əlaqədar Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin adına sorğu göndərəcəyini bildirib.

Dövlət Gömrük Komitəsindən hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmasa da, fevralın 3-də əlaqə saxlamağı tövsiyə etdilər.
XS
SM
MD
LG