Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

JMK Eynulla Fətullayev haqqında qərarlara əməl olunmamasından hiddətlənib


Jurnalistləri Müdafiə Komitəsi Bakı Apelyasiya Məhkəməsinin həbsdə olan jurnalist Eynulla Fətullayevin son şikayətini rədd etməsindən və Avropa İnsan Haqları Məhkəməsinin onu azadlığa buraxılması haqqında qərarına riayət olunmamasından hiddətləndiyini bildirib.

Yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsi Eynulla Fətullayevin narkotik maddə saxlamaqla bağlı Qaradağ rayon məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.

Avropa İnsan Haqları Məhkəməsinin mart-oktyabr aylarında verdiyi iki qərarda Eynulla Fətullayevin həbsi qanunsuz hesab olunub. Ona 27822 avro kompensasiya ödəməklə dərhal azadlığa buraxılmasını tələb edib. Jurnalistin atası Emin Fətullayev hələ də kompensasiyanı almayıb.

JMK bildirir ki, Azərbaycan Avropa Şurasının üzvü və İnsan Haqları haqqında Avropa Konvensiyasını imzalamış dövlət kimi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməyə məcburdur.

Təşkilatın direktor müavini Robert Mahoney bildirib ki, biz Azərbaycan Ali Məhkəməsini Eynulla Fətullayevin şikayətini təmin etməyə, hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirməyə və ayrılmış kompensasiyanın jurnalistin ailəsinə verməyə çağırırıq”

Günün bütün mövzuları

XS
SM
MD
LG