Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:25

DAK İran səfirliyi qarşısında aksiyaya cəhd edib


Fevralın 2-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Polis kordonu aksiya iştirakçılarını səfirlik binasına yaxınlaşmağa qoymayıb, əllərindəki plakatları alıb.

Aksiyada «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!» kimi şüarlar səslənib.

Aksiya iştirakçıları öz bəyanatlarını jurnalistlər qarşısında oxuyandan sonra onu səfirliyə təqdim ediblər. Bundan sonra dinc aksiya dağılıb.

Aksiyaya səbəb son vaxtlar İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, bu ölkənin «Səhər 2» telekanalının Azərbaycan əleyhinə fəaliyyəti olub.

DAK həmçinin, İran Azərbaycanında milli-mədəni haqları uğrunda mübarizəyə görə həbs olunmuş demokratik fəalların azadlığa buraxılmasını tələb edib.
XS
SM
MD
LG