Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Misirdən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 137 nəfərə çatıb


Misirdə kütləvi iğtişaşlar başladıqdan sonra bu ölkədən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 137 nəfərə çatıb.

Bu barədə «APA»ya Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib.

Elnur İsmayılov Qahirə aeroportunda təyyarələrə bilet almağın müşkül məsələyə çevrildiyini deyib:

«Aeroportda ölkəni tərk etməyə hazırlaşan minlərlə insan var. Azərbaycan səfirliyinin «qaynar xətti»nə İsgəndəriyyədə təhsil alan 3, Qahirədə təhsil alan isə 10 azərbaycanlı tələbə müraciət edib. Hazırda onların evakuasiyası ilə bağlı məsələlər həll edilmək üzrədir».

Elnur İsmayılov Qahirədə qalan səfirlik əməkdaşlarının səfir Şahin Abdullayevin evində qaldıqlarını deyib:

«Dünən Azərbaycan səfirliyinin və səfirlik əməkdaşlarının əksəriyyətinin qaldıqları mənzillərin yerləşdiyi rayonda qeyri-stabil vəziyyət vardı, evlərə hücumlar olunur, qarət halları baş verirdi. Biz hazırda səfirin evindəyik, burada vəziyyət nisbətən sakitdir. Qahirədə ərzaq almaq çox çətindir, buna görə də səfirlik əməkdaşları ərzaq ehtiyatını qənaətlə istifadə edirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG