Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:01

Eynulla Fətullayevin şikayəti təmin edilmədi


Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı şikayətini təmin etməyib. Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.

Jurnalistin iddiası Bakı Şəhər Prokurorluğunun 3 fevral 2010-cu il tarixli məlumatında təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı idi. Həmin məlumatda jurnalistin narkotik maddədən istifadə etdiyi və müalicəyə ehtiyacı olduğu bildirilirdi. Eynulla Fətullayev ondan üzr istənilməsini və 1 manat məbləğində rəmzi kompensasiyanın ödənilməsini tələb edirdi.

Noyabrın 4-də Səbayel Rayon Məhkəməsi Eynulla Fətullayevin iddiasını təmin etməmişdi, o, apelyasiya şikayəti vermişdi.

Bu günkü prosesdə Eynulla Fətullayev həbsdə saxlanmasının əsassız olduğunu bildirib. Dərhal azadlığa buraxılması barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasını tələb edib. Prokurorluğun nümayəndəsi Ramiz Rzayev iddianın və jurnalistin digər bəyanatlarının əsassız olduğunu bildirib.

Tərəflərin çıxışından sonra hakim Xaqani Məmmədov jurnalistin iddiasını təmin etməyib.
XS
SM
MD
LG