Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:28

Həmməruzəçilər jurnalistlərlə görüşüb


AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Josef Debono Qrex və Pedro Aqramunt fevralın 1-də KİV və jurnalist təşkilatlarının nümayəndələri ilə görüşüblər.

Bir saatlıq söhbət zamanı onlara Azərbaycanda KİV-in və söz azadlığının təminatının vəziyyətinə dair məlumat verilib. Əsasən məruzəçilər mətbuatın iqtisadi durumu, KİV-ə qarşı məhkəmə çəkişmələri, jurnalistlərə təzyiqlər, informasiyaya çıxışla bağlı problemlər haqda məlumat əldə ediblər.

Görüşdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlınski, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, İREX-in hüquqşünası Ələsgər Məmmədli, Reportyorların Azadlığı və Təhülkəsizliyi İnstitutunun nümayəndəsi Rəsul Cabbarov iştirak ediblər.

Media nümayəndələri ilə görüşdən əvvəl məruzəçilər “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru, həbsdə olan Eynulla Fətullayevin atası ilə görüşüblər. O, Avropa İnsan Hüquqları Məhkəməsinin oğlu ilə bağlı qərarının Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilməməsi barədə məlumat verib. E.Fətullayev AŞPA Monitorinq Komitəsinin məruzəçilərindən həbsxanada Eynullaya baş çəkməyi xahiş edib.
XS
SM
MD
LG