Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:54

Misirdən daha 7 azərbaycanlı qayıdıb


Fevralın 1-də gecə 7 nəfər Azərbaycan vətəndaşı Misiri tərk edib. İsgəndəriyyədə təhsil alan daha 10 azərbaycanlı tələbə “qaynar xətt” vasitəsilə Azərbaycanın Misirdəki səfirliyi ilə əlaqə saxlayıb.

Səfirlikdən verilən məlumata görə, onlardan 6 nəfəri bu gün Bakıya yola salınacaq.

Misirdə yaşayan və bu ölkədəki iğtişaşlarla əlaqədar Misiri tərk etmək istəyən Azərbaycan vətəndaşları səfirlikdə fəaliyyət göstərən “Qaynar xətt”ə zəng edə bilər.

“Qaynar xətt”in nömrəsi: 0020108112577

Yanvarın 31-də xüsusi ayrılmış təyyarə ilə 103 nəfər Azərbaycan vətəndaşı Misiri tərk etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG