Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Nemət Pənahlının azadlığa buraxılması tələb edilir


Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev dərhal azadlığa buraxılmalı, onlara qarşı dəymiş maddi və mənəvi zərər ödənilməlidir. Onlara qarşı irəli sürülmüş ittihamlar əsassız və siyasi sifarişlidir.

Nemət Pənahlının Hüquqlarını Müdafiə Komitəsinin yaydığı bəyanatda belə deyilir.

Müdafiə Komitəsinin rəhbəri Miralim Bəhramov N.Pənahlının ailəsinə qarşı ciddi təzyiqlərin olduğunu bildirib. O deyib ki, polis N.Pənahlının həyat yoldaşının maşınını saxlayaraq sərt formada axtarış aparıb.

Bəhramovun sözlərinə görə, Müdafiə Komitəsi mübarizəni axıra qədər davam etdirəcək. O bildirib ki, artıq bütün müvafiq rəsmi orqanlara, beynəlxalq təşkilatlara, səfirliklərə yazılı müraciət olunub.

Yanvarın 8-də N.Pənahlı öz dostu C.Fərzəliyev ilə birlikdə Eldar Rzayev adlı şəxsin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzəliyevi CM-in 221.3 maddəsilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətində həbs edib.

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Pənahlının günahı sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG