Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:42

Mərdan Lamiyə. Qorxu















Asan peşə

Yuxu deyil gözlərimi
Yummağa səbəb.
Xəyal qurmaq peşəsinə
Yiyələndim.

Yuxu görmədiyim gecələrdə.
Xəyal qurmaq,asan peşə
Deyil,yuxusuz gecələr...
Ömürdən anlar alar
Atar mavi dənizə.

Dəniz xəyal dolar,
Dalğalanar...
Rəngi qaçar, dondan-dona girər.
Hər gecə başqa libas olar əynində.
Bakı küləklər şəhəridir
Bilirsən,gah o yana,gah bu yana əsər.

Şərqə əsər, dalğalanan bayraq kimi.
Tüstülənən qəlyan hopar dörd divara,
Qəzəl deyib, xalça hörər
O dənizin xəyal quran adamları.

Şimaldan da,cənubdan da əssə belə,
Fayda olmaz,qırılmaz ki,
Tikanından qan qoxan dəmir məftil.
Ya aşarmı lal axır deyilən,o dilsiz çay.

O tayda xəyal quran adamlar yox.
Bu taydasa yarı oyaq,yarı yuxulu
Xəyal quran, xəyalları borularla
Qərbə axan,
Adamlar .

Borudakı , dənizin dalğalarıdı.
Vədəsi çatanda lüt qalacaq ,
Xəyal dolu,dəli dəniz.
Qütbsüz,sonsuz...
Xəyal qurmaq ,
Tarix olmaq yox,
Tarix yaşamaq
Asan peşə deyil.

31.01.2011


İNCƏ SƏNƏT

Köhnə bir val,
İçində uzaq keçmiş.
Sənin olsun, al
Keçmişdən nəsə çal...

Filarmoniyada bir zal,
İçində yaxın tarix.
Niyazi var, Qara var
Sənin olsun, al
Tarixinə bir nəzər sal.
Səslənir caz
Uzaq deyil...

Qanımda, canımda var
Muğam, saz.
Vaqifin düşüncəsi,
Caz, muğam məhəbbəti.

Göz önündə bir tablo var
Boyamışdır onu Səttar.
Çalındıqca o bağda tar,
Müşviq gəlir xatirimə
Yerləşibdir qəlb evimə...

Mədəniyyətlər vəhdəti,
Şərqlə qərbin körpəsi.
Bir şəhərin səsi gəlir
Uzaq deyil,
Paytaxtımdı-
Mavi donlu öz yarımdı.

Zala suzulur gilavar,
Donur zaman...
İtir tarix, itir sənət
Belə dövran kimə gərək ?!

3 may 2010


Qorxu

Uşaq idim, yadımdadı
Köhnə qəzetə bükülmüş araq vardı.
Saqqallı üzlər,
Qızarmış gözlər vardı.
Qorxmazdım.
Görmədiyindən qorxmaz insan.
İnsan ölüdən qorxar,
Dəlidən qorxar.
Görmədiyindən qorxmaz insan.
Qorxursa görüb demək ki.
Qorxdum.
Uşaq deyiləm.
Ancaq qorxdum.
Saqqalsız üzdən,
Qızarmış gözdən,
Qəzetsiz butulkadan qorxdum.
Nə ölüdən qorxmuram,
Nə dəlidən qorxmuram.
Dəli,dəlidi..
Ölü də ölü.
Beyni qəzetə bükülmüş isə
Nə ölüdü,nə də dəli..
Şəhərinsə hər yeri
Butulka ilə dolu.
Uşaq idim, yadımdadı
Qəzet oxuyan çox idi.
İndi oxumağa qəzet yox,
İçiləsi butulka çox.
Azdan yox, çoxdan qorx.

23/01/2011


Bir ağacın sonu

ağ vərəqə yazılanlar
dağ yolunu xatırladan,
bir beynin məhsuludu.
düşünənlər yanılırsız;
qəlb boşdusa, dolmur vərəq

bir zamanlar dost bildiyin
toxunananda ,
qəlbini hiss etdiyin ...
olur sənə düşmən.

toxunursan yazmır qələm,
yazmadıqca günü -gündən solur vərəq...

qələmə toxunan mən,
vərəqə toxunan qələm..

Mən insanam,
O isə ağac.

solmuş uzu xatirladir
Bir insanın
payiz olmuş keçmişini.
bir ağacın sonu vərəq,
Bir insanın sonu??
Düşünüm gərək.

19.08.2010

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG