Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Əsəd Cahangirin AYB-də çıxardığı son oyunlar hamının yadındadır...


Qəşəm Nəcəfzadə

Qəşəm Nəcəfzadə

Yazıçılar Birliyində Qismətin gənc yazarlar haqda məruzəsinin əks-sədası...

Şair Qəşəm Nəcəfzadənin Əsəd Cahangirin tənqidlərinə cavabı



Əsəd Cahangir elə bir adamdır ki, kimin haqqında tərif yazıbsa sonradan onu peşman eləyib.

Çünki o indiyə kimi təriflədiklərinin sonradan əleyhinə yazıb.

Ya da yazdığı bir yazını həmin adamın başına o qədər qaxıb ki, axırda həmin adamın özü peşman olub.

Yazdıqlarının əvəzində qarşlığını istəyəndi Əsəd.

Əgər kimdənsə bir yazı yazdımı, o saat deyəcək sən də tez ol, mənim “Namaz” poemamı təriflə.

Onun “Namaz” poeması çox adamların başını ağrıdıb, o cümlədən mənim də...

Əsəd kimi tənqid edibsə, onun bu sarıdan gələcək də sevinmək ehtimalı daha güclüdür.

Əsəd həmişə yazarlar arasında intriqa yaradıb. Onun AYB-də çıxardığı son oyunlar hamının yaxşı yadındadır.

Yaşı əllini haqlayıb Əsədin. Öz yaşıdları arasında həyata keçirə bilmədiklərini indi gənclərin beyninə yeridir.

Yaşlılar haqqında müxtəlif rəylər yaradır. Əsədə deyirəm nə olar, çəkil öz qınına, gəncləri çaşdırma, qoy onlar özləri arasında dil tapsınlar, mübahisə etsinlər, sonra barışsınlar.

Mübahisə olan yerdə ədəbiyyat olur həmişə.

Əsəd bu gün bir tərəfli yol kimidir. Yol iki və ya əks gedişli olanda fikir yaranır.

Kəramət Böyükçölün Qismətin məlum məruzəsi haqqında yazdığı yazı on il bundan qabaq Əsəd Cahangirin yazdığı yazı kimidir.

İndi özünə qarşı çıxır Əsəd. Keçmişini yaddan çıxarıb. Poema yazdı, ona heç vaxt şair demədi.

Dava eləyirdi ki, mənə şair deyin, hamı da ona tənqidçi deyirdi, o da cırnayırdı.

Bir dəfə xasiyyətini nəzərə alıb ona “tənqidçi-şair” dedim. Yenə məndən incidi

Əsəd. Dedi, gərək şair sözünü tənqidçi sözündən qabaq deyəydin.

Nə isə... adına şair gəlməsini qoşdura bilmədi. Qaldı ki, tənqidçiliyi, o da kitablara ön sözlər, resenziyalar, qərəzli yazılar oldu.

Mən onun müəyyən bir dövrü əhatə edən fundamental analitik təhlilini verən elmi bir yazısını görmədim.

Hamısı ala-yarımçıq... ya sifarişli tərif, ya da qərəzli yazılar... İndi heç olmasa adında bir tənqidçı sözü qalıb, onu da salıb itirmək üzrədi.

Əsəd gərək gənçlər arasında barışıq rolunu oynaya. Fikrini dəyişdirmək, öyrətmək yolunu tutmaya.

Mən gənçlər barədə çox narahatam. Onlar ədəbi mübahisəyə girməyə hazır deyillər. Tənqidə dözümsüzdülər. Tənqid olunanda köməyə adam çağırırlar.

Onlar elə bil yuxarıdan işarə gözləyirlər. Kəramət Böyükçölün Qismət haqqında yazısını oxudum.

İradlarım da oldu. Necə ki, Qismətin məruzəsinə olmuşdu. Yaxşı qardaş, qan olmadı ki...adam ölmədi ki...

Mən Qismətin məruzəsi haqqında əsasən iki fikir dedim Natəvan klubunda. Birincisi, yaxşıdır, amma əhatəli deyil.

İkincisi, Əsəd Cahangirdən çox sitatlar gətirib. Bununla da elə bil qan su yerinə axdı.

Əsədin salonda him-cimi göyü başına götürdü, gəncləri öyrədirdi ki, durun, durun Qəşəmə cavab verin.

Sözü yerə düşdü Əsədin. Qismət cavab vermədi. Bəlkə dediklərimlə razı idi.

Əsəd Cahangir
Burada deyirlər, ölü yiyəsi kiridi, ölü yerinə gələn kirimədi.

Bir şey məni çox düşündürür, bu cavanlar sonda çox əzab çəkəcəklər,

Əsəd acığa düşüb, ya indi təriflədiklərini pisləyəcək, ya da onun əvəzini istəyəcək.

Yaxşı yadımdadır gərək ki, vaxtı ilə “Ədalət” qəzetində kimsə yazmışdı: “Keçmə Əsəd körpüsündən.”

Əllini haqlamış Əsədin düşüncəsi hələ də köhnə bir fikirdə ilişib qalır.

“Ata-oğul” məsələsində. Özü ata və oğullardan çox yazsa da (hətta kitab) sonradan qarşılığını görməyəndə cırnayıb.

Elə “ata və oğullar”dan o vaxtdan da könlü sınıb. Ona görə də Kəramətdən və məndən belə danışır.

Kəramət və mən müstəqil adamlarıq. Ayrı-ayrı yerlərdə işləyirik.

Ədəbiyyata düşüncələrimiz fərqlidi. O bir az məndən azaddı.

Mən buna sevinirəm, gərək buna Əsəd də sevinsin. Əsəd kimilərdi bu gəncləri azad olmağa qoymayan.

Mən gəncləri, həmçinin də Qisməti çox istəyirəm. Bunu özləri də bilir.

Hər nəslin öz aralarında mübahisəsi olur. Gərək buna Əsəd qarışmasın. Əgər qarışırsa, demək, Əsəd məruzədə özünəməxsus fikirləri müdafiə edir.

Uzun illərdir gənclərlə bir yerdəyəm. Ədəbi mühitdə kifayyət qədər nüfuzum var.

Növbəti məruzəçilərdən biri də mənəm. Həmin iclasda Anar müəllim özü dedi ki, Qəşəm fikrini desin. Mən dedim. İndi bilmirəm Əsədi yandıran nədir?!

Əsəd dostuma bir məsləhət verim, (biz işdə bir otaqda əyləşirik) gənçləri dedi-qodulara öyrətmə.

Qoy onlar müstəqil olaraq düşüncələrini inkişaf etdirsinlər. Daha çox azad olsunlar.

Kəramət Qismət haqqında bir yazı yazdı. Yenə deyirəm o yazının adı və müəyyən məqamları ilə razı deyiləm.

O şeydən razıyam ki, o etiraz edə bilir. Onun etirazını öldürə bilmədim.

Yoxsa o bəzilər kimi “Ölü canlar” kimi qalacaqdı. Kəramətin yazısı ədəbi mühiti görün nə qədər silkələdi.

Özü də məhz AYB-nin üzvü kimi. İndiyə kimi bu cür etiraz edən olmayıb, məncə. Nə qədər yazılar yazıldı fikirlər söylənildi.

Hamı eyni cür düşünə bilməz ki... Bizə fərqli düşüncələr lazımdı.

Kəramət Böyükçölün "Çöl" romanı
Bu, Yazıçılar Birliyinin də xeyrinədir.

Əzizim Əsəd, sən dəfələrlə məni tərifləmisən, hərdən qulağımı da doldurmusan, niyə filankəsə salam verdin, niyə filankəslə çay içdin? Mən müdrik adamam.

Yaxşı ki, sözünə heç vaxt qulaq asmamışam.

Və sonda Qismət də mənim şairimdi, Kəramət də. Hər ikisi ilə (səndən fərqli) fəxr edirəm. Hər ikisinin uğuruna sevinirəm.

Necə ki, ədəbiyyat baxımından Əkrəm Anarın Anar da Əkrəmin yaradıcılığını yaxşı bilir və bir-birinin yaradıcılıqlarını lazım gələndə qiymətləndirirlər.

Amma həmişə səni kimi qərəzli tərəfdarlar aranı qarışdırır.

Bilirəm ki, indi sənin Əkrəm Əylislidən xoşun gəlmir. “Azadlıq radiosunda” haqqında dediyi sözə görə.

Sənə qıymıram, o sözü burada yazmıram. Şübhəsiz ki, sən Əkrəmin Kəramət Böyükçölün “Çöl” romanı haqqında dediyi fikri məruzəyə düşməyinə icazə verməzdin.

Əzizim Əsəd, bəlkə elə indi Qismət Kəramətin Kəramət də Qismətin qədrini səndən də, məndən də yaxşı bilir.

Onlar mübahisələr edib barışacaqlar. Bu, ədəbi prosesin xeyrinədir.

Yaxşısı budur ki, biz gedək çayımızı içək. Pulunu da mən verəcəyəm.

Qorxma

Həmçinin oxu
Əsəd Cahangir: “Görünür Qəşəm Nəcəfzadə oğlu haqda daha böyük təriflər gözləyirdi”
Kəramət Böyükçöl. Himayədə yaşamağa vərdiş edənlər və bolşevizm
Qismətin məruzəsi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG