Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 01:59
İspaniya millisinin hücumçusu Fernando Torres İngiltərənin «Çelsi» klubuna transfer olunub.

«France Press» agentliyinin verdiyi məlumata görə, «Çelsi» Fernando Torres üçün 50 milyon funt sterlinq (təxminən 80 milyon dollar) ödəyib.

«Mən çox xoşbəxtəm. Burada olmaqdan qürur duyuram. Uzun danışıqlardan sonra mənim «Çelsi»yə keçidim baş tutdu. Əminliklə deyə bilərəm ki, mən «Çelsi» oyunçusuyam. «Çelsi» mənim həvəslə oynamaq istədiyim komandadır. Burada məni ciddi məsuliyyət və böyük uğurlar gözləyir. Mən buna hazıram».

«Liverpul» Fernando Torresin əvəzinə Endi Kerolla müqavilə imzalayıb. «Associated press» qeyri-rəsmi mənbələrə istinadən yazır ki, klub Endi Keroll üçün təxminən 56 milyon dollar ödəyib.

«Çelsi» klubunun rəhbərlərindən olan Bryus Bak Fernando Torresin kluba keçidinin çox əhəmiyyətli və tarixi olduğunu bildirib:

«Biz çoxdandır istedadlı futbolçuya heyran olmuşduq. Güman edirəm ki, bütün «Çelsi» azarkeşləri mənim kimi sevinirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG