Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:40

AŞPA həmməruzəçiləri Bakıdadırlar


Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Josef Debono QrexPedro Aqramunt Bakıya gəliblər.

Fevralın 3-dək davam edəcək səfərin proqramına prezident İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər daxildir.

Həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media nümayəndələri ilə görüşü də nəzərdə tutulur.

Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə də görüşlər keçirəcəklər.
XS
SM
MD
LG