Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Bu gündən işçinin peşə sığortasının olub-olmadığı yoxlanacaq




Fevralın 1-dən Dövlət Əmək Müfəttişliyi icbari sığortanın tələblərinə əməl olunması vəziyyətini araşdırmaq üçün yoxlamalara başlayacaq.

Bu barədə müfəttişliyin rəis müavini Məhərrəm Məhərrəmov məlumat verib.

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tələblərinə görə, hazırda əmək fəaliyyəti ilə məşğul olan bütün işçilərin icbari qaydada sığortalanması nəzərdə tutulur.

Qanunu pozanları cərimə gözlədiyini xatırladan rəis müavininin sözlərinə görə, yaxın vaxtlarda həmin cərimələrin məbləğinin daha da artırılması nəzərdə tutulur.

Müvəqqəti və ya qısamüddətli işlərdə çalışan işçilərin necə sığortalanacağı ilə bağlı Məhərrəm Məhərrəmov deyib ki, belə hallarda tikinti şirkətləri işdən çıxan və işə daxil olan işçilər barədə 10 gün ərzində sığorta şirkətini məlumatlandırmalıdır. Belə olanda onlar artıq ödədikləri məbləği geri ala və ya həmin sığortanı başqa işçinin adına rəsmiləşdirə bilər.
XS
SM
MD
LG