Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

Azərbaycanda qiymət artımı


Suyun da qiyməti qalxdı
Suyun da qiyməti qalxdı
Tarif Şurası suyun, poçt və sərnişindaşıma xidmətlərinin qiymətlərində artım nəzərdə tutan dəyişiklik edib.

Bu, şuranın yanvarın 31-də keçirilən iclasında qərara alınıb.

Daxili və beynəlxalq məktub korrespondensiyaları və bağlamalar üzrə xidmətin növündən asılı olaraq yeni tariflər müəyyənləşdirilib. Yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. Beynəlxalq poçt göndərişlərində isə hər bir ölkə üzrə baza tarifləri və çəkiyə görə tariflər müəyyən edilib.

Sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib.

Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməyiy, hazırki səviyyədə saxlanılıb. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilib.

İndiyə qədər 1 m3 suyun qiyməti Bakı-Abşeron yarımadası və iri şəhərlərdə 18 qəpik (ƏDV ilə 22 qəpik), rayonlarda isə 14 qəpik idi.

Tarif Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınıb.

Yeni tariflər 1 fevral 2011-ci il tarixindən qüvvəyə minir.

Qiymət artımına iqtidar, müxalifət və adi vətəndaşların reaksiyaları ilə tanış olmaq üçün buraya tıklayın!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG