Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:33
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət yanvarın 31-də bəyanat yayaraq Misirdə və başqa ərəb ölkələrində baş verən etiraz aksiyalarını “diktaturadan, korrupsiyadan, məmur özbaşınalığından, sosial ədalətsizlikdən, işsizlikdən, səfalətdən, zorakılıqdanbezən xalqların diktatura rejimlərinə "Yox!" demələri kimi qiymətləndirir.

Lalə Şövkət qeyd edir ki, Misir xalqını və digər müsəlman ölkələrində ədalət və demokratiya uğrunda mübarizə edən insanları dəstəkləyir. Liberal Partiyasının lideri həmçinin həmçinin hesab edir ki, Azərbaycan hakimiyyəti də ərəb ölkələrindən gələn “bu mesajı” eşitməlidir: “Ayılın! Köklü islahatlara keçin, total korrupsiyaya qarşı real mübarizə aparın, insan hüquqlarına hörmətlə yanaşın, demokratiya üçün, millətin inkişafı üçün yol açın!” – deyə bəyanatında qeyd edilir.

Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən olan M.Ə.Rəsulzadənin doğum günündə - yanvarın 31-də Bakının Novxanı qəsəbəsində anım mərasimi keçirən müxalifətin “İctimai Palata” adlanan yeni qurumunda birləşən digər qüvvələri hökuməti Misirdə baş verənlərdən ibrət almağa çağırıblar.

Artıq 7-ci gündür Misirdə kütləvi etiraz askiyaları keçirən müxalifət ölkəyə 30 ildir rəhbərlik edən prezident Hüsnü Mübarəkin istefasını, onun ölkədəki 30 illik diktaturasına son qoyulmasını tələb edirlər.

Hələlik Azərbaycan rəsmilərindən heç kim, Misirdə baş verənlərə şərh verməyib. Amma ondan əvvəl Tunis hadisələri baş verəndə Prezident Aparatının rəsmiləri deyirdilər ki, həmin ölkədən fərqli olaraq Azərbaycanda xalqın hakimiyyətə çox güclü dəstəyi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG