Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Misirdə öldürülən diplomatla bağlı cinayət işi başlanıb


Misirdə öldürülən səfirlik əməkdaşı ilə bağlı Azərbaycanın Baş Prokurorluğu yanvarın 31-də cinayət işi başlayıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

(Cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə əsasən həmin məcəllənin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə başlanılıb).

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində məhkəmə-tibbi ekspertlərin iştirakı ilə foto və video çəkilişlərdən istifadə olunmaqla meyitə baxışı keçiriblər.

Daxili müayinə zamanı səfirlik əməkdaşı Nicat Qocayevin bədənindən bir ədəd güllə çıxarılaraq maddi sübut kimi götürülüb. Mməhkəmə-tibbi, məhkəmə-ballistik ekspertizaları təyin edilib və iş üzrə əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi məqsədi ilə müvafiq sorğular göndərilib.

Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində səfirlik əməkdaşlarının dindirilməsi, beynəlxalq normalara uyğun olaraq cinayəti törətmiş şəxsin müəyyən edilərək məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

2011-ci il yanvarın 29-da Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində baş verən kütləvi iğtişaş zamanı Azərbaycanın bu ölkədəki səfirliyinin mühasibi, 1987-ci ildə anadan olmuş Nicat Qocayev işdən çıxıb yaşadığı evə qayıdarkən naməlum əcnəbi şəxs tərəfindən odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG