Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:37

Prezident və xanımının hesabları donduruldu


Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri yanvarın 31-də öz ölkələrində Tunisin devrilmiş prezidenti Ben Ali və xanımına aid bütün hesablarını dondurmaq qərarına gəliblər. Bu barədə Tunisin yeni hökuməti Brüsselə müraciət etmişdi.

On illərlə Tunisdə hakimiyyət başında olmuş Ben Ali yoxsulluq və korrupsiyaya etiraz olaraq keçirilən kütləvi aksiyalara tab gətirməyərək iki həftə əvvəl ölkədən qaçıb.

Keçmiş prezidentin və xanımı Leyla Trabelsinin Tunisdə iqtisadiyyatın əksər hissəsini şəxsi biznesləri kimi əllərində saxladıqları, ölkənin korrupsiya içərisində olması barədə ittihamlar səslənir. Fransa mediasının xəbərinə görə Leyla Trabelsi Tunisi tərk edib Səudiyyə Ərəbistanına qaçarkən Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG