Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:50

Rəsmi kürsüdən korrupsiya xəbərdarlığı...


"Korrupsiya ilə mübarizə iclası" nəyi dəyişir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00
Direct-ə keçid

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yanvarın 27-də prezidentin tapşırığı ilə məmurları yığıb dövlət başçısının rüşvətxorluqla mübarizədən narazı olduğunu çatdırdı. Bundan sonra növbə ilə nazirliklər korrupsiyaya görə xeyli sayda adamı işd

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib. AzTV-nin xəbərinə görə, bunu Ramiz Mehdiyevə prezident İlham Əliyev tapşırıb.

Rəsmi məlumatda deyilir ki, Ramiz Mehdiyev iclasda neqativ halların ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə saldığını deyib. O həmçinin bütün bunların Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirdiyini vurğulayıb və bu rəyin prezidentin mövqeyi olduğunu xatırladıb.

Ramiz Mehdiyevin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalıdır. Bu hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır.

Prezident Administrasiyasının rəhbəri bu problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Bəs Azərbaycan iqtisadçıları rəsmi kürsüdən verilən xəbərdarlığı necə qiymətləndirir? Bu mesajlar ünvana çatacaqmı?

KAGIZ ÜSTÜNDƏ XƏBƏRDARLIQ?..

İqtisadçı Natiq Cəfərlinin fikrincə, əvvəllər də ölkə ictimaiyyəti belə rəsmi xəbərdarlıqların şahidi olub. Amma bəzi mütərəqqi qanunlar necə kağız üstündə qalıbsa, bu xəbərdarlıq da sözdən əmələ keçməyib:

- Bunun nəticələrini gündəlik həyatda, iqtisadiyyatda görə bilmədik, təəssüf ki.

Natiq Cəfərli hesab edir ki, Ramiz Mehdiyevin bu mesajının nəticəsi ola bilər, amma o şərtlə ki, bu xəbərdarılq bütün rəsmi qurumları əhatə etsin:

- Bu bir sahənin islahatı ilə mümkün deyil. Bir çox sahələrdə islahatlar aparılmalıdır ki, bu iclasda qaldırılan məsələlər həllini tapsın. Bir anlıq təsəvvür edək ki, qərar verilib, vergilər sistemində neqativ hallar götürülür, çox gözəl, amma vergilər sahəsinin bir işi də gömrüklə bağlıdır. Əgər gömrükdə ölkəyə gələn malların sənədləşdirilməsində yenə də neqativ hallar qalacaqsa, onda heç bir islahatdan, korrupsiya ilə mübarizədən söhbət gedə bilməz. Hətta məhkəmələrdə də güclü islahatlara ehtiyac var.

ƏRƏB DÜNYASININ HAVASI...

Natiq Cəfərli
Natiq Cəfərli deyir ki, ərəb dünyasında baş verən xalq etirazları Azərbaycan hakimiyyətində də narahatlıq yarada bilər. Onun fikrincə, bu hadisələrin fonunda yerli hakimiyyət ölkədə sosial narazılıqları səngitmək üçün ya kosmetik, ya da müvəqqəti dəyişikliklər edə bilər.

Milli Büdcə Qrupunun İdarə Heyətinin sədri Fuad Rəsulov da hesab edir ki, korrupsiya ilə mübarizə aparmaq üçün müvafiq qanunvericilik var, amma illərdi ki, işləmir:

- İndi yəqin ki, zaman çatıb, dövlət rəhbəri də hiss edir ki, hansısa adminstrativ addımlar atmaq lazımdı. Hər halda xoşa gələn hal deyil ki, beynəlxalq təşkilatlar dəfələrlə qeyd edirlər ki, korrupsiya ilə mübarizə Azərbaycanda öz həllini tapmır. Belə mesajlar əvvəllər də olmuşdu, amma nəticə aşağı səviyyədədir, indi bəlkə dövlət qurumları daha ciddi yanaşacaq bu mesaja? Gözləyək.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə Ramiz Mehdiyevin xəbərdarlığını gecikmiş sayır. Onun fikrincə, ölkədə azad bazarın sıxışdırıldığı, rəqabətə yer qalmadığı, problemlərin dərinləşdiyi bir məqamda Korrupsiya ilə Mübarizə Komissiyasında deyilənlərin əhəmiyyəti olmayacaq:

- Ola bilsin ki, rüşvət və korrupsiya ilə mübarizədə müəyyən görüntü xarakterli xalqa və ya beynəlxalq təşkilatlara yönəlik dəyişikliklər olsun. Ola bilər ki, qanunsuz yoxlamalar nisbətən azalsın, uçot sistemində dəyişiklik olsun, amma bu köklü dəyişikliyə təkan verməyəcək.

“SİYASİ İRADƏYƏ EHTİYAC VAR...”

Qubad İbadoğlu
Qubad İbadoğlu hesab edir ki, əslində ölkədə sistemli dəyişikliyə və bunun üçün ortaya siyasi iradənin qoyulmasına ehtiyac var.

Azərbaycan İqtisadiyyat Universitetinin dosenti Əli Hacıyev isə hesab edir ki, korrupsiya ilə mübarizəyə nə vaxtdan başlanmasından asılı olmayaraq, ona qarşı mübarizə aparmaq heç vaxt gec deyil:

- Əgər Azərbaycanda bu məsələ ilə mübarizə təşəbbüsü ortaya atılırsa, mən bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, dövlət idarələrində, bir çox sahələrdə neqativ halları aradan qaldırmağa kömək edə bilər.

İndiyə kimi bu tipli xəbərdarlıqların nəticəsinin olmamasına gəlincə, Əli Hacıyevin fikrincə, bu, bəzi məmurların səhlənkarlığından doğub, ona görə də bu cür qərarların icrası üçün ictimai nəzarətə ehtiyac var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG