Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

Sudanda aksiyaçılardan biri ölüb


Sudanın şimalında bazar günü hökumət əleyhinə keçirilmiş etiraz aksiyasında iştirak etmiş nümayişçilərdən biri ölüb.

Tələbə Mohamed Abdelrahman paytaxt Khartoumda keçirilmiş aksiyada polislər tərəfindən möhkəm döyülmüşdü.

Aksiyaçı tələbələr 20 ildir hakimiyyətdə olan ölkə prezidenti Omar Hassan al-Bashirin istefasını tələb edirdilər.

Aksiyaçılar Tunisdə və Misirdə baş verən etiraz aksiyalarından ruhlandıqlarını bildiriblər.
XS
SM
MD
LG