Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

«Alma» qəzeti fəaliyyətini bərpa edib


Bir müddət əvvəl nəşrini dayandıran «Alma» qəzeti elektron formatda yenidən fəaliyyətə başlayıb.

Bu barədə elektron qəzetin baş redaktoru Cavid Ramazanov AzadlıqRadiosuna məlumat verib.

O deyib ki, qəzetin kursunda heç bir dəyişiklik olmayacaq:

«www.almaqezeti.com ünvanında fəaliyyət göstərəcək e-qəzet əvvəlki kimi, gənclərə hesablanacaq. İntellektual, mədəniyyət, təhsillə bağlı maarifləndirici mövzular üstünlük təşkil edəcək. Çalışacağıq ki, «Alma» öz fərqliliyini qoruyub saxlasın».

Qəzetin təsisçisi İlkin Həsənovdur.

«Alma»nın ilk şef-redaktoru Zahir Əzəmət elektron qəzetin işinə məsləhətçi qismində yardım edəcək.

«Alma» qəzeti 17 sentyabr 2006-cı ildən çap edilir.

Qəzet 2010-cu il noyabr 8-də fəaliyyətini dayandırmışdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG