Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40

Aksiyaçılar ümummilli tətilə çağırır



Misirdə kütləvi nümayişlərdə iştirak edən aksiyaçılar ümummilli tətilə çağırıblar. Nümayiş təşkilatçılarının sözlərinə görə, Misirin iri şəhərlərində tətillər bu gün başlaya bilər. Suveysh şəhərində artıq tətillər dünəndən başlayıb.

Fevralın 1-də isə Qahirədə “milyonların marşı”nın keçirilməsi planlaşdırılır. Bunun artıq 7-ci gündür davam edən etiraz aksiyalarının ən kütləvisi olacağı gözlənilir.

Misirdə 30 ildir ölkəyə prezidentlik edən Hosni Mobarakin istefası tələbi ilə keçirilən aksiyalar başlanandan 150 adamın öldüyü bildirilir.

Misirdəki demokratik hərəkatın əsas liderlərindən biri Mohamed ElBaradei ölkədə yeni dövrün başlandığını bəyan edib. O prezident Hosni Mubaraki istefaya çağırıb.

Baradei Qahirədə kütləvi etiraz aksiyalarının mərkəzi olan Təhrir meydanında nümayişçilər qarşısında çıxış edib:

“Mən bu gün bura həyatınızın ən xoş günündə sizə qoşulmağa gəlmişəm. Bu gün mən sizin hər birinizin gözünə baxa bilirəm. Bu gün siz misirlilər yaşamaqla azadlıq hüquqlarınızı geri aldınız. Artıq heç nəyi geriyə qaytarmaq mümkün deyil. Bizim əvvəllər qeyd etdiyim kimi bir əsas tələbimiz var - rejimi sona çatdırmaq və yeni dövrün başlanması”-deyə Baradei bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG