Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:14
The Washington Post
“Misir ekspertlərə dediklərini necə yedirtdi”


The Washington Post yazarı Anne Applebaum Misir hadisələrinə Davosdan, İsveçrədən nəzər salır.

Yazır ki, “İş elə gətirib ki, indi Qahirədə yox, Davosdayam. Amma hər tərəf sanki bir qaranlıq çöküb. Birja indeksləri düşüb, neft bahalanıb. Böhrandan çıxmaq yolunda kövrək addımlar atan iqtisadiyyatın üzərinə indi də qeyri-müəyyənlik xofu çöküb.

Bir-iki gün bundan əvvəl, elə burda, məşhur iqtisaditçı ekspertlərdən birindən soruşanda ki, “Necə bilirsiz, Tunisdəki hadisələr dünya bazarına təsir edəcək?”, əminliklə deyirdi ki, “Yox, mümkün deyil”. Amma indi dediklərini geri götürür: “Ancaq Misirdən sonra hər şey ola bilər”.

Düzü, burada, Davosda deyilən kimi, Tunis, Misir hadisələrinin 1989-cu ildə Şərqi Avropadakı inqilab dalğası olub-olmadığını bilmirəm. Ancaq mərc gələrəm ki, baş verənlər eyni şeylərdir...

Siyasətçilər sabitlik xoşlayır. Bankirlər sabitlik xoşlayır. Ancaq, Ərəb dünyasında uzun müddət “sabitlik” kimi qiymətnləndirdiyimiz durum əslində sabitlik deyildi.

Bu, repressiya idi. Dəstəklədiyimiz və ya dolayısı ilə göz yumduğumuz diktatorlar, Ben Ali, Mübarək, krallar, şahzadələr əslində uzun illər iqtisadi inkişafı əngəlləmək, azad sözü boğmaq, təhsili nəzarətə almaq və vətəndaş cəmiyyətinin qapalı saxlamaqla hakimiyyətlərini qoruya bilirdilər. Artıq eyni nəticə görmürük...

İndi biz bir an olsun gecikmədən diktatorlara yox deməli, Misir xalqıyla ünsiyyət qurmalı, onları alqışlamalıyıq, təqdir eləməliyik. Çünki necə olsursa-olsun, repressiv cəmiyyətlərdəki dəyişikliklər – yaxşı şeydir”.

Wall Street Journall
ABŞ Misiri itirməsin deyə

Wall Street Journall yazarı Stephen J. Hadley “Mübarəkin çıxış yolu”nu araşdırıb. Yazır ki, inqilabdan qabaq ABŞ hökuməti Mubarəkə bir yol göstərirdi. Hələ Corc Buşun vaxtından Misir hökumətinə edirdi ki, siyasi azadlıqları bərpa eləsin və müsəlmanlardan başqa da siyasi partiyaların yaranmasına şərait yaratsın.

Amma Mubarək bunu eləmədi və Misir xalqının bu gün iki siyasi yolu var. Ya Mubarəkin Milli Demokrat Partiyası, ya da Müsəlman Qardaşlığı təşkilatı. Ancaq istənilən halda bu seçimi Misir xalqı etməlidir.

Bunu təmin ütmək üçün Mubarək hakimiyyətdən getməli, hakimiyyəti hərbçilərin dəstəklədiyi keçid hökumətinə verməli və yeni prezident seçkisi keçirilməlidir.

Ancaq belə seçkidə xalqa Mubarək və Müsəlman Qardaşlığından da başqa alternativ vermək lazımdır.

Əks halda, uzun illər repressiyalar altında əzilən islamçı müxalifətin seçkiləri udması da mümkündür. Bu isə Misirin ABŞ-la münasibətlərinə yenidən baxması demək olacaq.


Financial Times
Misirin gələcəyi ordunun əlindədir


Financial Times-dan Roula Khalaf yazır ki, Tunis əhalisinə Ben Alini hakimiyyətdən devirmək üçün 4 həftə lazım gəldi.

Tunisliləri özlərinə qardaş sayan misirlilər isə bunu 5 gündə etməyə çalışdı. Ancaq 30 il Misrə rəhbərlik edən Mubarək nə hələ Saudiyyə Ərəbistanı yolunu tutub, nə də xoşluqla, sülh yoluyla gedənə oxşamır.

Ölkədəki qarətlər, toqquşmalar, xaos məhz Mübarəkin “Mən getsəm, sizi bu gözləyir” hədə-qorxusudur.

Ancaq Misrdə vəziyyətə nəzarəti ancaq ordu bərpa edə bilər. Ordunun nə istədiyi isə mühümdür.

Hələlik baş verənlər onu göstərir ki, Misir ordusu ölkədə dəyişiklik istəyir. Məsələn, onların etibar elədiyi Kəşfiyyat rəhbəri Ömər Süleymanın vitse-prezident təyin edilməsi buna bir nümunə ola bilər.

Amma, əsas sual belədir ki, ordu nəyin, necə dəyişməsini istəyir? Hələlik müxalifət liderləri və Misirdəki etirazçılar ordunun nümayəndəsini də bəyənmir..

Günün bütün mövzuları

XS
SM
MD
LG