Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Azərbaycan vətəndaşlarını Misirdən çıxarır


Misirdəki Azərbaycan vətəndaşlarını evakuasiya etmək üçün bazar günü saat 13:55 - də
Bakıdan Qahirəyə ilk təyyarə göndərilib.

Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Hikmət Hacıyevin ANS-ə verdiyi məlumata görə artıq 60 nəfər evakuasiya üçün səfirliyə müraciət edib.

Onun sözlərinə görə ümumilikdə Misirdə qeydiyyatda olan 70-dək Azərbaycan vətəndaşı var.

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün Misirə təyyarə göndərilməsi barədə müvafiq göstəriş verib.

Misirdən gələn təyyarələr artıq Bakıda yerə enib. AzadlıqRadiosunun əməkdaşlarının reportajı tezliklə saytda yerləşdiriləcək. Bizi izləməyi unutmayın
XS
SM
MD
LG