Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Belarusda prezidentliyə keçmiş namizəd ev dustağı edilib


Şənbə günü istintaq tədricxanasından şıxan Belarus prezidentliyinə keçmiş namizəd Vladimir Neklyayev ev dustağı edilib, onun internet və telefondan istifadə etməsi,habelə pəncərəyə yaxınlaşması qadağan edilib.

Bu barədə jurnalistlərə onun həyat yoldaşı məlumat verib.

Həyat yoldaşının sözlərinə görə, Neklyayev yalnız vəkilləri və onunla görüşə bilir.

Evin içərisində olan təhlükəsizlik xidmətinin əməkdaşları daima ona göz qoyurlar.

Prezidentliyə 3 namizəd də daxil olmaqla Dekabrın 19-da Belarusda keçirilmiş prezident seçkisindən sonra həbs olunmuş müxalifətçilərin 30-u hələ də həbsdədir.
XS
SM
MD
LG