Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

Bakıda bir nəfər həyat yoldaşı və 2 qohumunu qətlə yetirib


Bakıda dəhşətli qətl törədilib.

APA-nın Bakı Şəhər Baş Polis İdarəsinə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 30-da saat 02.00 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki “AB” yaşayış massivində qeydə alınıb.

Həmin ünvandakı mənzillərdən birindən 58 yaşlı Lətifə Mehdiyeva , onun yaxın qohumları olan 21 yaşlı Aysel Sultanova və Ayselin qardaşı, 15 yaşlı Elçin Sultanovun meyitləri tapılıb.

Meyitlərə baxış keçirilərkən məlum olub ki, onlar balta ilə öldürülüb.

Polislərin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bəlli olub ki, hadisəni Lətifə Mehdiyevanın həyat yoldaşı, 56 yaşlı Yusif Mehdiyev törədib.

O, bu gün səhər saatlarında Salyan rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Qətlin motivi hələlik məlum deyil, istintaq gedir.
XS
SM
MD
LG