Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Əli Əkbər Salehi İranın xarici işlər naziri oldu


Əli Əkbər Salehi
Əli Əkbər Salehi
İran parlamenti atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə təyinatını qəbul edib.

241 deputatdan 146-sı onun lehinə səs verib.

Salehi səsvermədən əvvəl İranın nüvə proqramıyla bağlı beynəlxalq aləmlə mübahisənin ölkənin xarici siyasətində əsas məsələlərdən biri olduğunu bildirib.

Prezident Mahmud Əhmədinejad ötən ilin dekabrında keçmiş xarici işlər naziri Manucöhr Mottakini istefaya göndərib və onun yerinə Salehini təyin edib.
XS
SM
MD
LG