Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Tunisdəki əsas islamçı hərəkatın lideri vətənə döndü


İslamçı Dirçəliş (Ennahda) hərəkatının lideri Rəşid Qannuşi (Rashid Ghannnoushi) 22 illik mühacirətdən sonra Londondan Tunisə dönüb.

69 yaşlı Qannuşini hava limanında minlərlə tərəfdarı qarşılayıb.

O, devrilmiş prezident Zine El Abidine Ben Alinin hakimiyyəti dövründə ölkədən qovulmuş, rəhbərlik etdiyi hərəkatın fəaliyyəti isə ölkədə qadağan olunmuşdu.

Tunisdə çevrilişdən sonra hakimiyyətə gələn ötəri hökumət, qadağan ölunmuş bütün siyasi qruplara qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.

Rəşid Qannuşi (Rashid Ghannouchi) öz hərəkatını Türkiyədə hakimiyyətdə olan Ədalət və
İnkişaf partiyası ilə eyniləşdirir və gələcəkdə Misirin çoxpartiyalı sistemində, azad və demokratik seçkilərdə iştiraklarına ümidlə yanaşır.
XS
SM
MD
LG