Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:09

Misirdə etirazlar davam edir


Misirdə 6-cı gündür ki, etiraz aksiyaları və hərc-mərclik davam edir.

Wadi Natrun həbsxanasından yüzlərlə məhbusun qaçdığı bildirilir.

Ölkədə banklar, birjalar və məktəblər bağlanıb.

Komendant saatına baxmayaraq nümayişçilər ötən gecəni küçələrdə keçiriblər.

Ötən gün İsgəndəriyyə, Sueç və ölkənin digər şəhərlərində qarətlər olub.

İndiyədək təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 100-dən çox adam ölüb.

Prezident Hüni Mübarək şənbə günü kəşfiyyat idarəsin rəhbərini Ömər Süleymanı uzun illərdi ki, boş qalan vitse-prezident vəzifəsinə təyin edib və prezidentin müşavirləri yaxın 3 gün ərzində növbəti islahatlar aparılacağını vəd ediblər.

Amma bunu islahat saymayan aksiyaçılar prezidentin istefasını tələb edirlər.

Böyük Britaniya, Fransa və Almaniya Mübarəki silahsız nümayişçilərə qarşı güc tətbiq etməməyə çağırıblar.
XS
SM
MD
LG