Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

«Domodedovo» hava limanında terror törədən şəxsin kimliyi bəlli olub


Bu, Şimali Qafqaz əsilli 20 yaşlı gəncdir.

Bu barədə «Ria-Novosti» agentliyinə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmisi Vladimir Markin məlumat verib:

«Terrorçunun adı istintaqa məlum olsa da, müəyyən səbəblərə görə onun adını açıqlamayacağıq. Belə ki, hazırda terror təşkilatçıları və köməkçilərin müəyyənləşdirilməsi üçün istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir».

V. Markin bildirib ki, terror ilk növbədə əcnəbilərə qarşı yönəlibmiş.

Yanvarın 24-də «Domodedovo» hava limanının beynəlxalq terminalında partlayış olub, 35 nəfər ölüb, 110-dan çox adam xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG