Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Babacan:"Avropa Birliyi xristian klubuna çevrilib"


Türkiyə baş nazirinin müavini Əli Babacan İsveçrədə keçirilən Davos iqtisadi forumunda deyib ki, onun ölkəsinin Avropa Birliyinə qəbul edilməməsinin səbəbi odur ki, Avropa Birliyi xristian klubuna çevrilib.

Onun fikrincə, bu səbəbdən müsəlman ölkəsi olan Türkiyəni oraya buraxmaq istəmirlər.

Babacan bildirib ki, onlar Avropa Birliyinə sülh layihəsi kimi baxıblar, amma artıq bu təsəvvürdən əsər-əlamət qalmayıb.
XS
SM
MD
LG