Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:40

İlham Əliyevin Davos mesajı, müxalifətin tələbi, «AMAY» və terror?


Mətbuat icmalı
Mətbuat icmalı
AZƏRBAYCAN MÜXALİFƏTİ İSTEFA TƏLƏBİ QOYA BİLƏR

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən son parlament seçkilərinin nəticələrinə dair yekun hesabatı iqtidar düşərgəsində kəskin reaksiya ilə qarşılanıb».

«Yeni Müsavat» qəzeti yazır ki, ATƏT-in hesabatı siyasi gündəmi qarışdırıb və İctimai Palatanın bugünkü sessiyasında sərt qərarların veriləcəyi gözlənilir.

İctimai Palatanın koordinasiya şurasının üzvü Pənah Hüseyn bildirib ki, ATƏT birinci dəfədir ki, Azərbaycanda keçirilən seçkilərə dair kəskin hesabat yayıb. O bildirib ki, «parlamentin özünü buraxıb, yeni seçkilərin təyin edilməsi məsələsi gündəmdədir».

ATƏT-in hesabatında deyilir ki, seçkilər dinc atmosferdə və bütün müxalifət partiyalarının iştirakı ilə keçsə də, bu, ölkənin demokratik inkişafında mühüm tərəqqi olduğunu söyləməyə kifayət etmir.

İLHAM ƏLİYEVİN DAVOS MESAJI

«Biz daxili və xarici əmin-amanlıq istəyirik».

Davos forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə nahar mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.

«Ayna» qəzeti prezidentdən sitat gətirib:

«Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir».

«AMAY» PREZİDENTİNİN BANKI TERRORÇULUĞU MALİYYƏLƏŞDİRİRMİŞ?

«Bizim Yol» qəzeti «Birlikbank» ASC-nin lisenziyasının ləğv edilməsi barədə yazıb. Müəllif qeyd edir ki, bankın qapadılmasında əsas gətirilən 16.1.9-cu maddə terrorçuluğu maliyyələşdirməni və qanunsuz pul əldə olunmasını nəzərdə tutur:

««Birlikbank» «AMAY» şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayevin nəzarətində olub. Bir neçə ay bundan əvvəl A. Abdullayev hökuməti ittiham edən açıqlamalar vermişdi... «Wikileaks» saytının yaydığı məlumatlarda «Birlikbank»ın adı İran hakimiyyətinə bağlı iş adamlarının gətirdikləri çirkli pulları yuyan kommersiya qurumları sırasında çəkilmişdi».

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə «Birlikbank»ın lisenziyası ləğv edilib. Belə ki, bankın qanunvericiliyin tələblərini pozduğu bildirilir.

RAMİZ MEHDİYEV: «KORRUPSİYAYA QARŞI EFFEKTİV TƏDBİRLƏR GÖRÜLÜR»

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin korrupsiya ilə mübarizəyə dair fikirlərini dərc edib. Qəzet yazır ki, bəzi dövlət strukturlarının nümayəndələri iqtisadi idarəetmə sektorunda neqativ hallara rəvac verən əməllərə yol verir:

«Bu şəxslər əsasən iqtisadiyyatın bir sıra bölmələrində inhisarçılığın baş verməsini, süni qiymət artımlarına, vergidən yayınma hallarına, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə zəmin yaratmağa çalışırlar».

R. Mehdiyev: «Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG