Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:07

Nalbandyan konfliktləri güc yoluyla çözmək cəhdini «illüziya» adlandırıb


“Konfliktləri müharibə yoluyla həll etmək cəhdləri böyük illüziyadır”.

Bunu Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan Russia Today kanalına müsahibəsində deyib.

“Ona görə illüziyadır ki, bütün müharibələrdən sonra danışıqlar masasına daha pis şərtlərlə qayıtmaq lazım gəlir. İstənilən pis sülh müharibədən yaxşıdır”.

Bundan əvvəl isə “Exo Moskvı” radiosuna müsahibəsində Nalbandyan demişdi ki, Qarabağ münaqişəsini həll etməyin iki yolu var.

Onun fikrincə, ya Dağlıq Qarabağın statusu ilə bağlı DQ-də yeni referendum keçirilməli, ya da 1991-ci ildə orada keçirilmiş referendumun nəticələri tanınmalıdır.

(O zaman yayılan məlumatda Dağlıq Qarabağda yaşayanların mütləq əksəriyyətinin Azərbaycanın tərkibindən çıxma]a s's verdiyi iddia edilirdi).
XS
SM
MD
LG