Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:28

AŞPA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Joseph Debono Grech - Malta) və Pedro Aqramunt (Pedro Agramunt – İspaniya) fevralın 1-3-də Azərbaycanda səfərdə olacaqlar.

APA-nın AŞ-nin rəsmi saytında istinadən verdiyi məlumata görə, onlar ölkə prezidenti, Milli Məclisin spikeri, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcəklər.

Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media mənsubları ilə görüşü nəzərdə də tutulur.

AŞPA nümayəndələri səfər çərçivəsində Sumqayıta da gedəcəklər. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcəklər.

Həmməruzçilər səfərin yekunlarına dair fevralın 3-də mətbuat konfransı keçirəcəklər.
XS
SM
MD
LG