Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

Azərbaycanla Ukrayna qaz razılaşması imzalayıb


Yanvarın 28-də Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında sıxılmış maye qazın Ukrayna ərazisinə çatdırılması ilə bağlı memorandum imzalanıb. ANS PRESS-in “İnterfax-Ukrayna”ya istinadən yaydığı məlumata görə, memorandum bu gün Azərbaycan prezidenti İlham Əliyev və və Ukrayna prezidenti Viktor Yanukoviçin iştirakı ilə İsveçrənin Davos şəhərində imzalanıb.

Bundan başqa, iki dövlət başçısının iştirakı ilə Ukrayna Nazirlər Kabineti və Azərbaycan hökuməti arasında Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair sazişə də imza atılıb.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin jurnalistlərə bildirib ki, söhbət “Odessa-Brodı” neft kəməri ilə ildə 4 milyon Azərbaycan neftinin nəqlindən gedir.

Maye qazın Ukraynaya nə vaxt çatdırılacağı ilə bağlı sualı cavablandıran Levoçkin bildirib ki, bu hələlik memorandumdur. Ukraynada ilk sıxılmış qaz zavodunun inşası üzrə investisiya layihəsi üzrə tender keçiriləndən sonra konkret həcm barədə danışmaq olar.

S. Levoçkin həmçinin əlavə edib ki, sıxılmış qazın nəqli Ukrayna sənayesinə alternativ mənbələrdən qaz almaqla yanaşı, onun qiymətini əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Y. Boykonun jurnalistlərə verdiyi məlumata görə, söhbət neftin nəqlinin 8 milyon tondan 12 milyon tona qədər artırılması ilə yeni bir marşrutun açılmasından gedir. Onun sözlərinə görə, bu hələ başlanğıcdır: “Sonradan Azərbaycan nefti Belarusa da nəql olunacaq”.

ANS PRESS-in məlumatına görə Ukrayna prezidenti Viktor Yanukoviç bu il Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə Davos şəhərində azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Ukrayna prezidenti özü məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG