Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

Nelson Mandela evə buraxılıb


Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela xəstəxanadan çıxıb.

Rəsmilər bildirib ki, Mandelanın səhhəti yaxşıdır və o, «yaxşı əhval-ruhiyyədədir».

Həkimlər Mandelanın kəskin respirator infeksiyaya qarşı müalicəsinin yaxşı getdiyini və xəstəni evə göndərdiklərini deyib.

92 yaşlı Mandela iki gün öncə xəstəxanaya gətirilib. Cənubi Afrikanın ilk qaradərili prezidenti olan Mandela 27 ilini həbsdə keçirib, orda vərəmə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG