Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:12

Qarabag əlili: «Prezidentimizin verdiyi maşınları yandıracağıq»


Əlillərin yaşadığı ev
Əlillərin yaşadığı ev
Gəncənin Şəddadilər küçəsində yaşayan Qarabağ müharibəsi əlilləri ötən il onlara hökumətin hədiyyə etdiyi maşınları yandıracaqlarını deyirlər. Qəzəblərinin səbəbi isə 20 gündür ki, maşın üçün tikdikləri qarajın sökülmə təhlükəsi ilə üzləşməsidir. Qarabağ müharibəsi əlili Zahir Qarayev deyir ki, prezident imtiyazlı insanlara qayğı göstərsə də, yerli məmurlar onları ayaqlayırlar:

“GƏLDİLƏR Kİ, 500 MANAT PUL VERİN”


“Hörmətli prezidentimiz bizə maşın verib. Maşını da uşaqlar burda cızır. Biri təkərini oğurlayır, biri benzini çəkir. Biz də orda qaraj tikirik. Hörmətli prezidentimiz bunu verib, indi bunu yağışın altda çürüdək? .

“Domkom”dan (mənzil komitəsi) gəldilər ki, 500 manat pul verin. Hər adamdan, heç kimin imkanı çatmadı. Ondan sonra başladılar polis tökməyə ki, burda qaraj olmaz. Niyə 500 manatı versəydik orda qaraj olardı, vermirik deyə bu heç bir plana uyğun olmur? 150 manat pensiya alan əlil qarajmı tikdirsin, haqqmı versin ya iynə-dərmanının pulunu ödəsin? Tələbimiz yerinə yetirilməsə, maşını yandıranda səsi Azərbaycanla bir olandan sonra prezident biləcək ki, əlillər niyə əzilir?”.

“YİYƏMİZ YOXDUR DA BİZİM...”

Zahir Əliyev kimi digər əlil ailələri də deyirlər ki, qarajı borc-xərclə tikdiriblər. Onların sözlərinə görə, sahəyə baxan Mənzil İstismar Sahəsinin müdiri şifahi icazə verib. Amma bir şərtlə ki, hər ailə 500 manat haqq versin. Qarabağ əlilləri üçün tikilmiş binanın sakinləri pulu verməsələr də, tikintiyə başlayıblar:

“Camaat hamısı banka girib balasının boğazından kəsib tikdirib, indi də bunlar sökür. Yaxşı insansınız şəhərdəki bütün qarajları sökün. Yiyəmiz yoxdur da bizim”.

yer probelmi əlillərə başa gəldi
Biri təkərini oğurlayır, biri benzini çəkir...
“Qarabağ əlilləri, şəhid ailələriyik, qaraj yeri tikdirmişik maşınlar üçün. Buna da imkan vermirlər ki, sökülməlidir. Biz indi nətər eləyək? Bankdan götürülüb ayda pensiyadan ödəyəcəyik”.

“BANKDAN KREDİT GÖTÜRÜB TIKDİRMİŞİK”

Digər bir sakin Hicran Əliyeva deyir ki, əvvəllər də qaraj tikməyə icazə almaq üçün dəfələrlə icra hakimiyyətinin başçısının qəbuluna düşmək istəyiblər. Amma:

“İmkansızıq, bankdan kredit götürüb tikdirmişik. Deyirlər ki, icazə verilsin sonra tikin. Biz də 20 gündən çoxdur ki, ərizə yazmışıq Eldar müəllmə. Hər gün gedirik bir söz deyib yola salırlar. Bir dənə kubik qoyulanda dərhal hamı tökülür gəlir. İcazə olmasaydı tikilib başa çatmazdı”.

Əvvəl qaraj tikintisinə haqq verilməsi şərti ilə razılıq verdiyi bildirilən MİS-in rəisi ilə əlaqə saxlamağa çalışdıq. İdarədən bildirdilər ki, elə bu hadisə səbəbindən müdir işdən çıxarılıb. Elə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev də bildirdi ki, sahə rəisini işdən azad edib. O ki qaldı tikili qarajın aqibətinə, Abid Əliyev deyir ki, burdakı tikinti tam qanunsuzdur və söküləcək. Abid Əliyev:

SAHƏ RƏİSİ İŞDƏN AZAD EDİLİB

“Qaraj tikmək istəyirlər, özbaşına olarmı elə? Ümumi istifadədə olan yerdir. Elə hamı binanın qabağında qaraj tiksə nətər olar? O transformatorun qabağın bağlayır. Orda baseyn var. Dövlət onlara ev verib, maşın verib. Allah xeyir versin. Deyirlər hələ yer də verin qaraj da tikək. On gündür ki, tikiblər, xəbərimiz olub. Demişik bizim topumuz-tüfəngimiz yoxdur ki... “JEK”in müdiri onun üstündə işdən çıxarıldı. Mən “JEK” müdirinin günahın yumuram. O yumşaqlıq göstərdiyinə görə axır aqibəti də belə oldu”.

“Harda görünüb ki, uşaqlar oynayan yerdə qaraj tikilsin”
Üstəlik, Abid Əliyev işdən çıxarılan Mənzil İstismar Sahəsinin keçmiş rəisinin əlillərdən pul istəməsi barədə iddiaları təsdiq etmir.

Sakinlər deyirlər ki, Gəncədə əlillərin hüquqlarını qorumaqla məşğul olan “Qarabağ əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyi də heç onları müdafiə etmir. Birliyin sədri Almaz Aşurov isə deyir ki, əlillər haqlı olsaydı, onları müdafiə edərdi:

“Harda görünüb ki, uşaqlar oynayan yerdə qaraj tikilsin. Syasi şuranın üzvüyəm. Hazır birinci qarajı mən tikərəm də orda qanuna qalsa. Tamamilə qeyri-qanunidir. Deməli, o qanunu pozacaq mən də onu müdafiə edəcəm. Deməzlərmi ki, universitetdə hüquqdan dərs keçirsən, özün də qanunu pozursan”.

“RAZILIQ ƏRİZƏSİ YOXDURSA, TİKİNTİ QANUNSUZDUR...”

Hüquqşunas Namiq Əliyev də deyir ki, əgər rəsmi razılıq yoxdursa, tikili qanunsuz hesab edilə bilər. Ancaq onun fikrincə, Mənzil İstismar Sahəsinin rəisinin işdən çıxarılması bu problemin həlli deyil. Qarabag əlilləri qarajı kreditlə tiktiklərini iddia edirlər. Onların düşdüyü vəziyyət də nəzərə alınmalıdır.
XS
SM
MD
LG