Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olunub


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi müzakirə olunub.

Müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa Komitənin yeni sədri seçilib. Ermənistan isə Alt Komitənin yaranmasının əleyhinə səs verib. Bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.

S. Seyidiv qeyd edib ki, Alt Komitənin tərkibində AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri təmsil olunacaq.

Dağlıq Qarabağ üzrə Alt Komitənin sədrinin regionda səfərinə gəldikdə, S. Seyidov bu məsələnin AŞPA-nın aprel sessiyasında müzakirə ediləcəyini bildirib. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG