Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32
«Çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər».

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Daxili İşlər naziri Ramil Usubov deyib.

R.Usubov qeyd edib ki, Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir:

«Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG